Tez-tez verilən suallar
İçərişəhər — Bakının tarixi mərkəzidir, UNESCO-nun Dünya İrsi siyahısına daxil olunmuş unikal tarix və memarlıq qoruğudur.
İçərişəhər açıq ərazidir, əsas girişlər Qoşa Qala qapısı, Salyan qapısı və s. vasitəsilə mümkündür.
Şirvanşahlar Sarayı Kompleksi və Qız Qalası.
Məhəmməd və Cümə Məscidləri, Buxara və Multanı Karvansaraları, Qoşa Qala Qapıları və Qala divarları digər tanınmış abidələrdir.
· İçərişəhər və Qoruq haqqında tarixi arayış
· “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyət istiqamətləri
· “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu və müvafiq qanunvericilik
· Qoruq ərazisindəki abidələr
· Qoruq həyatında baş vermiş önəmli layihələr, tədbirlər və yeniliklər barədə qısa məlumat
· Vətəndaş müraciətləri və sakinlərlə iş
· Həyata keçirilmiş əsas təmir-bərpa işləri
· Elanlar və xəbərlər
· “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturlarına müraciət və əlaqə
· Fotoqalereya
Xidmət Mərkəzi, İçərişəhər, Böyük Qala küçəsi 41
Telefon: (994 12) 492-11-75 (dax.399)
E-mail: reseption@icherisheher.gov.az
İş saatları: Həftəiçi, saat 09:00 – 18:00 (nahar fasiləsi -13:00-14:00)
Mərkəzdə, İçərişəhər və Qala sakinlərinə bir pəncərə prinsipi əsasında müxtəlif dövlət xidmətləri təqdim edir. Burada sənəd qəbulundan tutmuş, müxtəlif sənədlərin rəsmiləşdirilməsi, sosial və hüquqi xidmətlərə qədər geniş bir xidmət çeşidi təqdim edilir.
Mərkəzdə bir qayda olaraq vətəndaşın şəxsiyyət vəsiqəsi, mülkiyyət sənədləri, dövlət şəhadətnamələri və etibarnamələr, razılıq və imtina ərizələri, arayışlar, layihə-texniki sənədlər istənilir. Təbii ki, müraciətin mövzusuna və xüsusiyyətlərinə uyğun olaraq tələb olunan sənədlər fərqlənir, və zəruri hallarda əlavə sənədlər də tələb oluna bilər.
Dəqiqləşdirmə üçün birbaşa və ya telefon əlaqəsi vasitəsilə ((994 12) 492-11-75) Xidmət Mərkəzinə müraciət edə bilərsiniz
Bəli. İçərişəhər ərazisində yerləşən və ziyarətçilərə Qoruqla tanışlıq planlaşdırılması, bələdçi xidməti və turizm dəstəyi təqdim edən Turist Məlumat Mərkəzi fəaliyyət göstərir.
Turist Məlumat Mərkəzi, İçərişəhər, Böyük Qala küçəsi, 55.
Telefon:(994 12) 505-94-15
İş saatları: Bütün günlər, saat 10:00 – 19:00
