“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Icon Fəaliyyət

Xidmət mərkəzi

İçərişəhər ərazisində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, müraciətlərin daha operativ qaydada icra olunması və idarə-vətəndaş kommunikasiyasının səmərəliliyinin yüksəldilməsi məqsədilə Böyük Qala küçəsi 41 ünvanında Xidmət Mərkəzi fəaliyyət göstərir.

Mərkəz “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dövlət xidmətlərinin göstərilməsində müasir idarəetmə prinsiplərinə – şəffaflıq, vətəndaş yönümlülüyü, hesabatlılıq və operativlik – uyğun olaraq fəaliyyətini daha da təkmilləşdirməsinə xidmət edir və ölkədə tətbiq olunan bir pəncərə konsepsiyasına əsaslanaraq sakinlərin müxtəlif dövlət xidmətlərinə eyni məkanda, rahat və sistemli şəkildə çıxışını təmin edir.

Xidmət Mərkəzində sakinlər aşağıdakı xidmətlərdən yararlana bilərlər:

  1. sənədlərin qəbulu və rəsmiləşdirilməsi;

  2. mülkiyyət və qeydiyyat məsələlərinə dair xidmətlər;

  3. tikinti, bərpa və təmir işləri ilə bağlı icazələr və sorğuların qəbulu;

  4. yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı məlumatlandırma xidmətləri;

  5. sosial və hüquqi xarakterli müraciətlərin qeydiyyatı və aidiyyəti üzrə yönləndirilməsi;

  6. digər əlaqəli dövlət xidmətləri üzrə ilkin məlumatlandırma və dəstək.

Mərkəzdə elektron növbə sistemi, müraciətlərin rəqəmsal qeydiyyatı, xidmətlərlə bağlı ilkin məlumatlandırma bölmələri və operativ yönləndirmə mexanizmləri tətbiq olunur.

Xidmət Mərkəzi həftə içi hər gün saat 09:00–18:00 aralığında fəaliyyət göstərir.

Əlaqə telefonu: +994 (12) 492-11-75

Xidmət mərkəzi
Xidmət mərkəzi