“Qoru” Gənclər Təşəbbüs Qrupu
“Qoru” Gənclər Təşəbbüs Qrupu 2 fevral 2023-cü ildə Azərbaycan Gənclər Günündə təsis olunmuşdur.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin "Qoru" gənclər təşəbbüs qrupunun könüllüləri ölkəmizdə baş tutan genişmiqyaslı tədbirlər zamanı İçərişəhər və Qala qoruğu ərazilərində ölkəmizin və şəhərimizin qonaqlarını tələb olunan istiqamətlərə yönəldir, muzeylərlə bağlı məlumatlandırır və bələdçilərə lazım olan dəstəyi göstərirlər.
Hazırda 200-dən artıq üzvü olan bu təşəbbüs qrupu müxtəlif yaş qrupları ilə bağlı Qoruq İdarəsinin fəaliyyətlərində, o cümlədən uşaq-vətənpərvərlik, bayram tədbirləri, sosial və yaradıcılıq istiqamətləri, müxtəlif ekoloji və ictimai aksiyalarda fəal iştirak edir, eyni zamanda ölkəmizdə könüllü hərəkatının genişlənməsinə töhfə verirlər.
“Qoru” Gənclər Təşəbbüs Qrupu könüllüləri "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin 2025-ci ildə keçirdiyi önəmli festivalların təşkilində fəal iştirak ediblər. Bu sırada Beynəlxalq Xalça Festivalı, Zeytun Festivalı, Nağıllar aləmi - İçərişəhər, Cənubi Qafqazın ən böyük Kvest Çempionatını qeyd edə bilərik.
