“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Icon İdarə

Nizamnamə

İdarədə uçot və hesabat

7.1. İdarə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. İdarə “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, statistik uçot aparır və statistik hesabatları tərtib edir.

7.3. İdarə filial, nümayəndəlik, idarə və təsərrüfat cəmiyyətlərinin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

7.4. İdarə öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.