Nizamnamə
İdarənin fəaliyyətinin məqsədi və fəaliyyət istiqamətləri
2.1. İdarənin fəaliyyətinin məqsədi daşınmaz tarix və mədəniyyət abidələrinin qorunmasının və ərazi üçün müəyyən olunmuş rejimin saxlanmasının təmin edilməsi üçün abidələrin tarix və mədəni cəhətdən öyrənilməsini, məqsədyönlü istifadə olunmasını təşkil etməkdən, abidələrin bərpası və toxunulmazlığını təmin etməkdən, həmçinin Qoruqların ərazisində turizmi inkişaf etdirməkdən ibarətdir.
2.2. İdarənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.2.1. Qoruqlar sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
2.2.2. Qoruqlar sahəsinə aid proqnozlaşdırma və planlaşdırma işlərini təşkil edir və Qoruqların inkişafını təmin edir;
2.2.3. Qoruqların ərazisində yerləşən abidələri elmi, tarixi və mədəni cəhətdən öyrənir, onlardan məqsədyönlü istifadə olunmasını təşkil edir və qorunub saxlanmasını təmin edir;
2.2.4. Qoruqların ərazisində yerləşən abidələrin həcm-planlaşma quruluşunu qoruyur, tarix-memarlıq abidələrinin bərpasını və toxunulmazlığını təmin edir.
