"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Azərbaycan Memarlar İttifaqının dəstəyi ilə təşkil olunacaq 3-cü foto müsabiqəsinə sənəd və şəkillərin qəbulu elan olunur:

Mühüm tarixlər:

• Fotoşəkillərin qəbulu üçün son tarix - 28.02.2020;
• Sərginin açılışı və mükafatlandırma mərasimi - 05.03.2020.


Kimlər iştirak edə bilər:

• Müsabiqədə yaşı 16-dan yuxarı olan hər bir fotoqraf iştirak edə bilər;
• Müsabiqə yalnız Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub.

FOTOLARA DAİR TƏLƏBLƏR:


•  Faylın uzun hissə üzrə ölçüsü 1500 piksel;
•  Fayl JPEG formatında olmalıdır;
•  Şəkillərdə su işarələri/müəllif hüquqları/loqotiplər olmamalıdır;
•  Fotoşəkillər çərçivəsiz olmalıdır;
•  2016-cı ildən gec olmayan fotoşəkillər qəbul olunacaq;
• Digər müsabiqələrdə və ya əvvəlki "Baku Photo" müsabiqəsində qalib gəlmiş fotoşəkillər qəbul olunmur.

MÜKAFATLAR:

•  Hər bir nominasiyanın qalibi 1000 manat məbləğində pul mükafatı qazanacaq;
• Qaliblərin və finalçıların fotoşəkilləri Bakı Fotoqrafiya Evində sərgidə nümayiş olunacaq;
• Sərgidəki şəkillər Bakı Fotoqrafiya Evinin saytında və sosial şəbəkələrdə dərc olunacaq;
•  Qaliblərə müsabiqədə iştiraka dair diplomlar təqdim olunacaq.


MÜSABİQƏNİN NOMİNASİYALARI:

1. İnsan fəzada

Şəhər mühitində erqonomikliyi, təbiiliyi, harmonik ahəngdarlığı əks etdirən insanların fotoşəkilləri. Minimum 1-3 fotoşəkil;

2. Memarlıq
Memarlıq baxımından əhəmiyyətli binanın və ya tikilinin fotoşəkilləri. Minimum 1-3 fotoşəkil;

3. Urbanistika
Şəhərsalma ansambllarının və şəhərsalma zəncirləri elementlərinin fotoları. Hər müəllifdən ən azı 1, ən çoxu 3 ədəd fotoşəkil;

Hər nominasiya üzrə:
I yer – 1-ci dərəcəli Diplom və 1000 manat məbləğində pul mükafatı
II yer – 2-ci dərəcəli Diplom
III yer – 3-cü dərəcəli Diplom

Fotolar bakuphotohouse@gmail.com elektron ünvanına göndərilməlidir. Məktubun mövzusu hissəsinə "ARXİFOTO" sözü, məzmunda isə nominasiya qeyd olunmalıdır.


ÜMUMİ ŞƏRTLƏR:

Müsabiqədə iştirak etməklə siz Bakı Fotoqrafiya Evinin sizin qeydiyyat məlumatlarınızı əldə etmək hüququna malik olmasına razılıq verirsiniz və təsdiq edirsiniz.

Baku Photo Award və Bakı Fotoqrafiya Evi sizin yüklədiyiniz, elektron poçtla və ya veb-sayta yolladığınız istənilən materialı istədiyi şəkildə dərc edə bilər. Bakı Fotoqrafiya Evi dərc olunana qədər istənilən materialın qəbulu, yaxud silinməsi hüququnu özündə saxlayır.

Müsabiqəyə təqdim edilmiş istənilən şəkil Baku Photo Award və onun media tərəfdaşları tərəfindən müsabiqənin marketinq və reklam məqsədləri, həmçinin istənilən tərzdə istifadə məqsədilə bütün dünya üzrə kütləvi informasiya vasitələrində dərc edilmək üçün istifadə oluna bilər.

Qaliblər və fəxri iştirakçıların fotoları www.bakuphotographyhouse.com saytında dərc olunacaq.

Şəkillər fololentə, yaxud rəqəmsal formada çəkilə bilər.

Rəqəmsal müdaxilələrə və "Photoshop" redaktoru ilə əlavə olunmuş hər hansı effektə yol verilmir. Yalnız əsas rəng və işıq düzəlişləri qəbul edilir.

Fotoşəkillərin sayı müsabiqənin hər bir nominasiyası üçün icazə verilən saya müvafiq olmalıdır.

Fotoşəkilləri hər bir kateqoriya üzrə nominasiyaların təsvirində göstərilmiş saya müvafiq olaraq yollaya bilərsiniz.

Sifarişdə müsabiqə iştirakçısının soyadı, adı və atasının adı tam şəkildə, əlaqə məlumatı (telefon nömrəsi və elektron poçt ünvanı), nominasiyanın və əgər varsa, hər bir fotoşəklin adı göstərilməlidir. Məktubun mövzusu "Müsabiqə üçün" olmalıdır.
İşləri yarımfinala vəsiqə qazanmış hər bir müsabiqə iştirakçısı müsabiqə təşkilatçıları tərəfindən elektron poçt vasitəsilə məlumatlandırılacaq.

Seçmə mərhələnin keçilməsi barədə müsabiqə təşkilatçılarından məktub alındıqdan sonra bir həftə ərzində ölçüsü ən azı 5 mb və keyfiyyəti azı 300 dpi olan JPEG formatlı faylların təqdim olunması zəruridir.

Qaliblər yüksək keyfiyyətli (daha uzun tərəfi 3000 pikseldən və bir düymə 300 nöqtədən az olmayaraq) rəqəmsal fayllar təqdim etməyə mükəlləfdirlər.
Bu fayl təsvirə mülkiyyət hüquqlarının sübutu kimi, həmçinin çap üçün istifadə olunacaq.

Müəllifliyin təsdiqi ilə orijinal faylı təqdim edə bilməyən qalib iştirakçılar müsabiqədən kənarlaşdırılacaqlar.

Müsabiqə qaydalarına uyğun gəlməyən sifarişlər münsiflər heyətinin üzvləri tərəfindən qəbul edilməyəcək.

Müraciətiniz baxılması üçün o zaman qəbul edilir ki, siz müsabiqənin təşkilatçılarından cavab almış olasınız.

Müəllif hüquqları və istifadə hüquqları

Müəllif hüquqları müsabiqə iştirakçısında qalır. Müəllif təqdim etdiyi materialın yeganə mülkiyyətçisi olmalıdır.

Müsabiqəyə işlərini yollayarkən, müəllif onun təqdim etdiyi materialın müsabiqənin özünün və sonrakı sərginin keçirilməsi ilə əlaqədar istənilən məqsədlər üçün istifadəsinə təşkilatçılara razılıq vermiş sayılır və bunun müqabilində müəlliflik üçün haqq ödənilmir.

Müsabiqə təşkilatçılarının aşağıdakı hüquqları var:

• İşləri sosial şəbəkələrdə rəsmi qruplarda, təşkilatçıların və fotomüsabiqənin təsisçilərinin istənilən rəsmi saytında müəllifin adının mütləq şəkildə göstərilməsi şərtilə müsabiqə haqqında məqalələrdə illüstrasiya kimi yerləşdirmək;
• Qiymətləndirilməsi üçün işləri münsiflər heyətinə çap olunmuş və ya rəqəmsal şəkildə təqdim etmək;
• Finalçıların işlərini çap olunmuş və ya rəqəmsal şəkildə müsabiqənin sərgilərində nümayiş etdirmək;
• Finalçıların işlərindən ictimaiyyətin müsabiqənin keçirilməsi və onun yekunları ilə bağlı istənilən çap və elektron KİV-də məlumatlandırılması üçün istifadə etmək;
• Finalçıların işlərindən müsabiqəni və sərgiləri müşayiət edən və onların keçirilməsinin ayrılmaz tərkib hissəsi olan fotoalbomların, məlumat bukletlərinin, rəqəmsal daşıyıcıların və digər məhsulların hazırlanmasında istifadə etmək;
• Finalçıların işlərindən gələcəkdə müsabiqənin populyarlaşdırılmasına həsr edilmiş ixtisaslaşdırılmış tədbirlərin keçirilməsi üçün istifadə etmək.

Müsabiqə təşkilatçıları fotoşəklin yuxarıda sözügedən istənilən istifadə halında işin müəllifinin adının göstərilməsinə mükəlləfdirlər.

İşlərin orijinal surətlərinin təqdim edilməsi yuxarıda sözügedən şərtlərlə avtomatik razılıq anlamına gəlir.

Şəkillər satılmayacaq və ya üçüncü şəxslər tərəfindən istifadə edilməyəcək. Üçüncü şəxslərdən sorğu daxil olduqda sorğu elektron poçt vasitəsilə müəllifə yollanılacaq.

Baku Photo Award qaliblərinin tanınması məqsədilə şəkillərin sosial şəbəkələrdə (bizim rəsmi səhifələrimizdə), o cümlədən Facebook-da nümayişinə hüquq təqdim olunur.

Siz əlavə kompensasiya ödənilmədən fotoşəkillərin və sizin adınızın müsabiqənin reklamı və tanınması məqsədləri üçün istifadəsinə razılıq verirsiniz.

Sərgi iştirakçılarının fotoşəkilləri Bakı Fotoqrafiya Evinin fonduna təhvil veriləcək.

MÜKAFATLAR:

Pul mükafatları mükafatlandırma günü nəğd şəkildə Azərbaycan manatı ilə ödəniləcək.

MÜNSİFLƏR HEYƏTİ:

Sifarişlər təyin edilmiş münsiflər heyəti tərəfindən qiymətləndiriləcək;
Şəkillər bədii amillər, orijinallıq, predmet və stil üzrə qiymətləndiriləcək;
Baku Photo Awards münsiflər heyətinin qərarı yekun qərardır.

ŞƏXSİ MƏLUMATLAR:

Gizliliyin qorunmasına ciddi yanaşılır və şəxsi məlumatlarınızın üçüncü şəxslərə ötürülməsinə yol verilmir. 

"İçərişəhər" DTMQİ Mətbuat Xidmətinin məlumatı