Sosial layihələr

14 sentyabr tarixində “İçərişəhər” Muzey Mərkəzinin Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Azeri Home Chef” adlı növbəti silsilə ustad məşğələsi keçirilib. Ustad məşğələ bu dəfə qutab və lavaşa həsr olunub. Lavaşın 2016-cı ildə türkdilli ölkələrin, o cümlədən Azərbaycanın irsi kimi UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi xalqımız üçün əlamətdar hadisələrdən biridir.

 “Azeri Home Chef” həvəskar kulinarlar müsabiqəsində birinci yerin sahibi Şəhla Cəbrayılova, iştirakçılara  30 dəqiqə ərzində qutab, əriştə və düşbərə bişirməyi öyrədib.

Qutabın ət, göyərti, şor, balqabaq, şabalıd kimi bütün növlərini bişirməkdə məqsəd təkcə bu dadlı milli taamların bişirilmə qaydasını öyrənmək deyil, həm də milli mətbəximizi qorumaq, onu nəsildən-nəslə layiqincə ötürməkdir.

Ət qutabları Qala muzey-qoruğunda yetişdirilən, quyruğu yerə dəyən nadir cins qoyunların – Qala qoyununun ətindən bişirilərək hazırlanıb.

Müsabiqə iştirakçılar və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Xəbərlər Qalereyası

Xəbərlər