Dünyada bir çox “açıq səma altında qoruq-muzeylər” mövcuddur, lakin yalnız bəzilərində İçərişəhərdə olduğu kimi şəhər divarlarının xaricindən çıxmadan bir neçə gün keçirmək olar.
Bunun səbəbi qədim şəhərin cəlbedici imicində muzeylərin, tarixi abidələrin, hətta 2-3 mərtəbəli 10 nömrəli rahat otellərin mövcudluğu və çox saylı kafe-restoranlarda milli mətbəxin dadını duymaq şansı, həmçinin, Yaponiya, Çin və İngiltərə mədəniyyətində qədim köklərə malik olan çay dəstgahı adətində “pürrəngi çay” anlayışını duymaqdır.
Burada hər addımda xalqımıza xas qonaqpərvərliklə rastlaşmaq olar.
İçərişəhər – meqapolis olan paytaxtın müdafiə istehkamıdır. Burada turizm infrastrukturu qonaqlara müasir marka ilə yanaşı az tanınan məkanları da nümayiş etdirir, məsələn məhəllə məscidlərini. Məhəllələrin adları böyük maraq doğurur: burada “ağşalvarlılar”, “gəmiçilər”, “arabaçılar”, “hamamçılar”, “seyidlər” və hətta “cuudlar məhləsi” var idi.
Turistləri həmçinin öz şəxsi telefonları ilə foto çəkmək imkanı cəlb edir. Pul dəyişmə problemləri yaşanmır – “Qoşa Qala” meydanında “exchange” xidməti təklif edilir.
Qədim şəhər öz mədəni potensialını turistə vizual görünüşü ilə nümayiş etdirərək ona milli atmosferini daha dərindən hiss etdirir.
İçərişəhər unikal məkan olmaqla yanaşı, həm də üç dinin məskənidir - zərdüştlük, islam və xristianlıq. Burada sərgilənən nümizmatik ekspozisiyada Azərbaycan ərazisində tapılan ən qədim - 5000 il yaşı olan sikkələri görmək olar. Bununla yanaşı, burada hər bazar günləri tətbiqi-bədii sənət nümunələrinin satış yarmarkası da təşkil olunur.
İçərişəhər “Qoruq-muzeyində” artefaktların tarixi və onlarla bağlı digər məlumatlar da toplanılıb. Bu məlumatlarda turistlər burada yaşayan insanlar, onların taleləri və evləri barədə informasiya əldə edə bilər.
İçərişəhər beynalxalq turizmə ilk addımlarını atır və biz ümid edirik ki, Siz bizim qədim şəhəri ziyarət edərək, yenidən buraya qayıdacaqsız.
Görüş yeri İçərişəhərdir!