Qoşa Qala meydanına daxil olarkən əzəmətli görünüşü ilə insanda xoş təəəssürat oyadan “Zəncirli bina” 1880-ci ildən etibarən qədim şəhərin ən yaraşıqlı tikililərindən biri hesab edilir. Əlbəttə ki, vaxtaşırı olaraq bu memarlıq abidəsində təmir-bərpa işləri aparılmış, dəfələrlə tikili müxtəlif tədbir və sərgilərə ev sahibliyi etmişdir. İndi isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi binanın funksionallığını artırmaq, onu daha da işlək vəziyyətə gətirmək üçün hal-hazırda abidənin daxili hissəsində müəyyən təmir işləri aparır. Vurğulamaq istərdik ki, abidənin geniş və rahat daxili həyəti mövcuddur. Lakin əlverişsiz hava şəraitində həmin sahənin istifadəsi çətinləşirdi. İndi isə istənilən fəsildə çoxsaylı tədbirləri asudə şəkildə qeyd etmək üçün həyətin üzəri şüşə tavanla örtüləcək, ümumilikdə həyət baxımlı vəziyyətə gətiriləcəkdir. Həmçinin binanın istifadəsiz qalmış geniş zirzəmisi mövcuddur. Oranın da təmin edilərək müxtəlif məqsədlər üçün yararlı hala salınması nəzərdə tutulur.
Tezliklə qədim bina sizi öz yenilikləri ilə salamlayacaqdır.

Xəbərlər