“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzərinizə çatdırır ki, Böyük Qala küçəsi 41 ünvanında yerləşən Azərbaycan Milli Ensiklopediyası binası adı ilə tanınan tikilidə hal-hazırda əsaslı təmir işləri gedir. Qeyd etmək istərdik ki, vaxtilə bu binanın yerində Bakının adlı-sanlı sakinlərindən biri olmuş, 1-ci dərəcəli gildiya taciri Hənifə Tağıyevə məxsus dəbdəbəli yaşayış binası mövcud idi. Lakin təəssüf ki, bina qəzalı vəziyyətdə olduğuna görə 1969-cu ildən etibarən sökülmüş, 1971-ci ildə isə hal-hazırda gördüyümüz dörd mərtəbəli bina ucaldılmışdır. Həmin tarixdən 2015-ci ilə qədər isə orada Azərbaycan Milli Ensiklopediyasının binası fəaliyyət göstərib. 3 ildir isə bina əsasən inzibatı baxımdan müxtəlif məqsədlərlə istifadə edilmişdir. Hal-hazırda tikilinin 1 və 2-ci mərtəbələrində, həmçinin zirzəmisində təmir işləri gedir. Yaxın gələcəkdə bina yeni xidmətlər təklif edən inzibati və iaşə obyektləri ilə qarşınızda olacaqdır.

Xəbərlər