2013-cü ildən Böyük Qala küçəsi 19 ünvanında fəaliyyət göstərən Ənənəvi İncəsənət üzrə “İçərişəhər” Mərkəzinin yerləşdiyi bina fəsadlarla üzləşmişdir. 1889-cu ildə tikilmiş abidə geniş bir sahəni əhatə edərək ilk əvvəl üzbəüz yerləşdiyi mülklə birlikdə karvansaray olaraq fəaliyyət göstərmişdir. Keçən əsrdə onun daxilində müxtəlif mağazalar fəaliyyət göstərmiş, lakin bina öz həqiqi dəyərini yaradıcılıq məkanına çevrildikdən sonra qazanmışdır. Həmçinin mərkəzin qədim emalatxanası bugün də ustadların ilham mənbəyi olaraq qalmaqdadır. Qoruq İdarəsi tezliklə bu tarixi binada əsaslı təmir işləri apararaq, onu möhkəmləndirəcək tədbirlər həyata keçirəcəkdir. Eyni zamanda mərkəzdə daha geniş təqdimat zalı da yaradılması nəzərdə tutulur. Tezliklə yolunuzu gözoxşayan sənət nümunələrinin yarandığı məkandan salmağı unutmayın!
BİZİM TÖVSİYƏLƏRİMİZ

-
#dadmagaDeyer
"Qala" Dövlət Tarix-Etnoqrafiya qoruğu
-
#dadmagaDeyer
"İçərişəhər" Ənənəvi İncəsənət Mərkəzi
-
#dadmagaDeyer
Marionet teatrı
-
#dadmagaDeyer
“ABŞERONUN TARİXİ VƏ MƏDƏNİ İRSİNDƏ QALA KƏNDİNİN ROLU” ADLI MÜSABİQƏ
-
#dadmagaDeyer
"Bahar Qalası" festivalı
-
#dadmagaDeyer
Bakı Fotoqrafiya Evi
-
#dadmagaDeyer
"Qız Qalası" bədii filmi
-
#dadmagaDeyer
“SƏNƏTKARLIQ MƏHƏLLƏSİ - 2019” NOVRUZ FESTİVALI
-
#dadmagaDeyer
Aleyna Tilki İçərişəhərdə!
