“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Böyük Qala 3 və 5 ünvanında yerləşən yaşayış evlərinin qəzalı vəziyyətdə olmasını nəzərə alaraq sakinlərin rahatlığı və təhlükəsizliyi üçün onları bu məntəqədən müvəqqəti olaraq köçürmüşdür. Hal-hazırda sözügedən binalar təmir olunur, sakinlər isə müvəqqəti yaşayış yeri ilə təmin olunmuşdur. Onların kirayə haqqı dövlət tərəfindən ödənilir və yaşayış binalarının təmir işləri başa çatdıqdan sonra onlar yenidən öz evlərinə qayıdacaqlar. Qeyd edək ki, Böyük Qala 3 ünvanında yerləşən 1885-ci ilə aid və Böyük Qala 5 ünvanında yerləşən 1890-cı ilə aid yaşayış binaları İçəri Şəhər ərazisindəki bütün abidələr kimi Qoruq İdarəsinin diqqətindədir və tezliklə sakinlərin istifadəsinə veriləcəkdir.
BİZİM TÖVSİYƏLƏRİMİZ

-
#dadmagaDeyer
"Qala" Dövlət Tarix-Etnoqrafiya qoruğu
-
#dadmagaDeyer
"İçərişəhər" Ənənəvi İncəsənət Mərkəzi
-
#dadmagaDeyer
Marionet teatrı
-
#dadmagaDeyer
“ABŞERONUN TARİXİ VƏ MƏDƏNİ İRSİNDƏ QALA KƏNDİNİN ROLU” ADLI MÜSABİQƏ
-
#dadmagaDeyer
"Bahar Qalası" festivalı
-
#dadmagaDeyer
Bakı Fotoqrafiya Evi
-
#dadmagaDeyer
"Qız Qalası" bədii filmi
-
#dadmagaDeyer
“SƏNƏTKARLIQ MƏHƏLLƏSİ - 2019” NOVRUZ FESTİVALI
-
#dadmagaDeyer
Aleyna Tilki İçərişəhərdə!
