20.01.2018-ci il tarixində, saat 08:00 radələrində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində, Vəli Məmmədov küçəsi 24 ünvanındakı dördmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın hadisəsi baş vermişdir. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunmuşdur.Yaşayış binasından sakinlər dərhal təxliyə olunmuş, xəsarət alan olmamışdır. Təxliyə olunan bina sakinləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən müvəqqəti yaşayış yerləri ilə təmin olunmuşlar. Hal-hazırda yaşayış binasında Qoruq İdarəsi tərəfindən təmir işləri aparılır. Sakinlərin məskunlaşdığı yaşayış yerlərinin kirayə haqqı dövlət tərəfindən ödənilir və təmir işləri başa çatdıqdan sonra onlar yenidən öz evlərinə qayıdacaqlar. Qeyd edək ki, sözü gedən bina 1895-ci ildə tacir Hacı Məmmədkərim Ramazanovun sifarişi ilə tikilmişdir və İçəri Şəhərdə kapitalizm dövrü memarlığının ən gözəl nümunələrindən biri hesab edilir.

Xəbərlər