8 iyun 2023-cü il tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində İdarə Heyətinin sədri Şahin Seyidzadə fərdi qəbul keçirib.
Qəbulda İçərişəhər sakinləri və bir sıra sahibkarların müraciətləri dinlənilib, sualları cavablandırılıb və onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.