İçərişəhərdə “Divan Saatı” layihəsi çərçivəsində Sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Şamilli ilə görüş keçirilib.

“Şəhər–Daşlar, İnsanlar, Mühit” mövzusunda keçən görüşdə şəhər quruluşunun vizual təfəkkürü üçün xalça üsulu, şəhərin qədim qaladan müasir meqapolisə çevrilməsi, Şərqin orta əsr memarlıq təfəkkürü, orta əsrlər Təbriz, Herat, Osmanlı və Hindistan miniatürlərində şəhər məkanı təsvirinin xüsusi özəlliyi, intibah rəssamlığında ideal memarlıq modeli, müasir Azərbaycan rəssamlarının şəhərə həsr olunmuş əsərlərinin müzakirəsi və s. bir çox maraqlı mövzular haqqında məruzə dinlənilib, diskussiyalar aparılıb.
Bakı Fotoqrafiya Evində baş tutan görüşdə İçərişəhər sakinləri, “İçərişəhər” DTMQ İdarəsinin əməkdaşları və görüş tərəfdaşımız Cult Bakunun üzvləri iştirak ediblər.
Xəbərlər Qalereyası

Xəbərlər