Ötən gün İçərişəhər sakini, “Şəcərə evinin” yaradıcısı, Rəssamlar İttifaqının üzvü, Əməkdar Mədəniyyət İşçisi Mələk Xanım Hacıyeva ilə görüş keçirilib.
Hacıyevlər nəslinin yaşadığı qədim ev 20-ci əsrin əvvəllərinə məxsusdur. Bu evdə saxlanılan əşyalar Hacıyevlər ailəsinin 3 nəslini əhatə edir. Onların arasında diqqəti daha çox çəkən eksponatlardan biri türk Sultanlarının möhürü həkk olunmuş Nuru Paşanın yadigarı olan xəncərdir. Bu xəncəri Nuru Paşa özü Mələk Xanımın babası, Hacı Şıxəliyə 1918-ci ildə ermənilər tərəfindən törədilən Bakı qırğınları zamanı türk əsgərlərinə göstərdiyi qayğı və isti münasibətə görə, hörmət əlaməti olaraq hədiyyə etmişdi.
Kolleksiyada qadın aksesuarları, həndəsi və nəbati naxışlarla bəzədilmiş misgərlik nümunələri də nümayiş olunur.
Atası Məmməd Naib Hacıyev öz dövrünün tanınmış balaban ustası olduğundan, burada onun hazırladığı nəfəsli musiqi alətləri də yer almışdır.
Xəbərlər Qalereyası

Xəbərlər