"İçərişəhər" Ənənəvi İncəsənət Mərkəzində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Araxçın” ustad dərsi keçirilib.
Mərkəzin əməkdaşları balaca dostlarla birlikdə kartondan araxçın formasını hazırlayaraq onu əlvan rənglərlə boyadılar. Sonda uşaqlar araxçınlarını xatirə olaraq özlərilə apardılar.