İçərişəhərdə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar bayram tədbiri keçirilib.
Bakı Xanları Parkında baş tutan bayram tədbirində azyaşlılar üçün bir-birindən maraqlı ustad dərsləri verildi, əyləncəli proqramlar göstərildi, sevimli nağıl personajlarının ifasında səhnəciklər göstərildi.
“İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzi, Simurq Kukla Teatrı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Kapoeyra Federasiyası, Azərbaycan Milli İdman Növləri Assosiasiyası, Azərbaycan Milli Karate Federasiyası, Azərbaycan Badminton Federasiyası, Şahmat Federasiyası və Bakı Dövlət Sirkinin bayram üçün xüsusi hazırlanmış proqramları uşaqların böyük sevincinə səbəb oldu.