Bu gün görkəmli yazıçı, alim-pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 115 il keçir.
Yazıçının 1920-1940-illərdə yaşadığı və bir neçə əsərini, o cümlədən "Bir gəncin manifesti"ni qələmə aldığı evi İçərişəhərdə yerləşir.
Ədibin Evi adı ilə fəaliyyət göstərən yazıçının ev-muzeyi Mir Cəlal irsinin yaşadılması və bu məkanın ədəbiyyat ocağına çevrilməsi məqsədi ilə 2017-ci ildən fəaliyyət göstərir.