21 aprel tarixində İçərişəhərdə “Özbəkistan – Şərqin incisi” adlı fotosərginin açılış mərasimi keçirilib.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi ilə birgə keçirilən fotosərgidə səyyah jurnalist Rüstəm Qasımovun Özbəkistanın müxtəlif regionlarına səfəri zamanı çəkilən fotoşəkillər təqdim ediləcək.
Fotosərginin ekspozisiyasında Özbəkistanın üç şəhəri - Daşkənd, SəmərqəndBuxara şəhərlərində çəkilmiş ölkənin memarlıq abidələri, dekorativ-tətbiqi sənət nümunələri və zəngin mədəni irsini əks etdirən fotoşəkillər yer alır.
Bakı Fotoqrafiya Evi-ndə baş tutan sərgi 23.04.2023-cü il tarixinə qədər davam edəcək.
Xəbərlər Qalereyası

Xəbərlər