“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Qala qoruğunda ağacəkmə aksiyası keçirilib.

Aksiyada İçərişəhər və Qala qoruqlarının sakinləri, “İçərişəhər” DTMQ İdarəsinin rəhbərliyi və əməkdaşları, “Qoru“ Gənclər Təşəbbüs qrupunun üzvləri iştirak ediblər.

Aksiyanın keçirilməsində məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, eyni zamanda ümummilli liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.

Xəbərlər Qalereyası

Xəbərlər