İçərişəhərdə yerləşən Ədibin Evində 3-cü Hekayə Müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi - yazıçı, alim və pedaqoq Mir Cəlalın 115 illik yubileyinə həsr edilən 3-cü Hekayə Müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Xalq yazıçısı Elçinin sədrliyi ilə on nəfər ədəbiyyatşünas, ədəbi tənqidçi və yazıçılardan ibarət münsiflər heyəti müsabiqəyə təqdim edilən 191 müəllifin 197 hekayəsini nəzərdən keçirmişdir.
Mükafatlandırma mərasimində I yerin qalibinə 3000, II yerin qalibinə (iki mükafat) 2000, III yerin qalibinə isə (üç mükafat) 1000 manat pul mükafatı təqdim edilmişdir.
Xəbərlər Qalereyası

Xəbərlər