11 aprel 2023-cü il tarixində İçərişəhər DTMQ İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə ikinci Yüksəliş müsabiqəsinin növbəti qalibi Arzu Tairquliyeva-Nağıyeva ilə görüşüb.

Sədr qalibi təbrik edərək mentorluq fəaliyyəti çərçivəsində 1 illik fərdi inkişaf planı əsasında onunla sıx əməkdaşlıq edəcəyini, təcrübəsini bölüşəcəyini və qalibə potensialını üzə çıxarmasına dəstək olacağını bildirib.

 Arzu Tairquliyeva səmimi qəbula görə təşəkkür edərək mentorluq proqramı çərçivəsində Şahin Seyidzadənin təcrübəsindən faydalanmaq istədiyini bildirib. 

 Xatırladaq ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, iki illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər https://yukselish.az/mentors.html ) tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20000 AZN məbləğində özünüinkişaf qrantı əldə edirlər.

 Qeyd edək ki, növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb. Hazırda müsabiqədə qeydiyyat mərhələsi başa çatıb.

Xəbərlər Qalereyası

Xəbərlər