UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimi baş tutub.
Tədbirdə dövlət və hökumət rəsmiləri, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) nümayəndəsi, UNESCO üzrə Türkiyə Milli Komissiyasının prezidenti, UNESCO üzrə Milli Komissiyaların baş katibləri və səfirlər iştirak ediblər.
Tədbirdə çıxış edən İçərişəhər DTMQİ-nin İdarə Heyətinin sədri Şahin Seyidzadə TÜRKSOY-a üzv dövlətlər arasında mədəni irsin qorunması, UNESCO proqramları, eləcə də birgə nominasiya sənədlərinin hazırlanması istiqamətində geniş əməkdaşlıq imkanları yaradılmasında bu kimi toplantıların mühüm rol oynadığını bildirib. Ş.Seyidzadə İçərişəhərin Azərbaycanın UNESCO-nun ÜmumdünyaİrsSiyahısı-na daxil edilmiş ilk maddi mədəniyyət nümunəsi olan tarixi şəhər mərkəzi kimi fəaliyyət istiqamətlərindən, İçərişəhərdə yerləşən tarix və mədəniyyət abidələrinin qorunub saxlanılması istiqamətində görülən işlərdən, eləcə də İdarənin nəzdində fəaliyyət göstərən Ənənəvi İncəsənət Mərkəzinin fəaliyyətindən bəhs edib. İdarə Heyətinin sədri, habelə, qeyri-maddi mədəniyyət nümunələrindən olan Qurama sənətinin yaşadılması istiqamətində İdarə tərəfindən görülmüş işlər və İdarənin gələcək planları haqqında məlumat verib.
Xəbərlər Qalereyası

Xəbərlər