Ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının Xorəzm Vilayəti Hökumətinin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti bu gün İçərişəhər DTMQİ-nin İdarə Heyətinin sədri Şahin Seyidzadə tərəfindən qəbul edilib.

Xorəzm Vilayəti Hökümətinin Turizm idarəsinin rəhbəri Azamat Xuzayevin rəhbərlik etdiyi və “İçan Qala” Dövlət Muzey Qoruğunun direktoru Şokir Mədəminov və digər rəhbər şəxslərin iştirak etdiyi görüşdə qonaqlara İçərişəhər, onun zəngin memarlıq irsi, idarəçilik təcrübəsi haqqında məlumat verilib.

Bundan başqa, İçərişəhər və Xivə şəhərinin tarixi mərkəzi olan İçan Qala Dövlət Muzey-Qoruğu arasında mədəni əlaqələrin gücləndirilməsi, birgə layihələrin icrası perspektivləri müzakirə edilib. “İçərişəhər” DTMQİ-nin qoruqların idarə olunması, turizm və muzey işinin təşkili sahəsində təcrübəsi qonaqlara təqdim olunub.

Daha sonra qonaqlar üçün İçərişəhərin tarixi abidə və muzeylərinə tur təşkil edilib.

Xəbərlər Qalereyası

Xəbərlər