Çoxəsrlik tarixə malik məscidlər əsasən Bakının ən qədim yaşayış məskəni sayılan İçərişəhər ərazisindədir. İçərişəhərin müqəddəs abidələrini peşəkar bələdçilərin iştirakı ilə ziyarət edərək onlar haqqında ətraflı məlumat ala, həmçinin məsciddə ibadət edə bilərsiniz.

Tur zamanı İçərişəhərdə yerləşən ən qədim Baba Kuhi Bakuvi məscidi, Sıratağlı dini-memarlıq kompleksi, Məhəmməd məscidi, Şirvanşahlar sarayında yerləşən Şah məscidi, KeyQubad məscidinin qalıqları, Təkyə, Cümə məscidi və Bəylər məscidini ziyarət etmək mümkün olacaq.

7-23 aprel tarixləri arasında, həftənin cümə və bazar günləri baş tutacaq tur azərbaycan, ingilis, rus dillərində təqdim edilir.

Biletləri İçərişəhər, Böyük Qala küçəsi 55 ünvanında yerləşən (Qoşa Qala meydanı) Turist İnformasiya Mərkəzinin kassalarından və ya iTicket.az-dan əldə edə bilərsiniz.

Xəbərlər Qalereyası

Xəbərlər