2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi münasibəti ilə təşkil olunan konfransda çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə ümummilli lider Heydər Əliyevin mədəniyyət, maddi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi məsələsindəki misilsiz xidmətlərindən, aparılan uğurlu siyasət nəticəsində Azərbaycanın YUNESKO-nun nəzdindəki Ümumdünya İrs Mərkəzi ilə uğurlu əməkdaşlığından, o zamanlarda mədəni irsin qorunması istiqamətində Ulu Öndər tərəfindən təsdiqlənmiş qanun layihələrindən bəhs edib.

Tədbirdə qonaq qismində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nigar Arpadarai, YAP Səbail rayon təşkilatının sədr müavini Nicat Hüseynov, İçərişəhər Ağsaqqallar Şurasının sədr müavini Saləddin Allahverdiyev iştirak edib.

Konfransda çıxış edən Milli Məclisin deputatı Nigar Arpadarai Ulu öndərin ölkə mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərindən danışıb.

Daha sonra tarix elmləri doktoru, professor İradə Hüseynova “Heydər Əliyevin Azərbaycanda mədəni quruculuq sahəsindəki fəaliyyəti və İçərişəhər”, “İçərişəhər” Muzey Mərkəzinin elmi katibi, Əməkdar mədəniyyət işçisi Səadət Ələkbərova “Ümummilli liderin Ümumdünya irsinə –  İçərişəhərə qayğısı”, tarix üzrə fəlsəfə doktoru, Ülkər Məmmədzadə “Heydər Əliyevin mədəni irsə münasibətində varislik ənənəsi” adlı məruzələrlə çıxışlar ediblər.

Tədbirdə həmçinin Azərbaycan Milli Konservatoriyasının tərkibində  İncəsənət Gimnaziyası şagirdlərinin ifasında Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş kompozisiya səsləndirilib.

Tədbirin sonunda qonaqlar Heydər Əliyevə həsr olunmuş sərgi ilə tanış olublar.

Xəbərlər Qalereyası

Xəbərlər