#Qırğızıstanda 7-9 oktyabr tarixlərində keçirilən Beynəlxalq "Eko Etno Kurak" festivalında ölkəmiz təmsil olunub. Tədbirdə ölkəmizi təmsil edənlər sırasında “Içərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşı, Qala sakini qurama ustası Afaq Bayramova olub.
Festivalda “Müasir dövrdə quramanın əhəmiyyəti” mövzusunda təqdimat edilib, #Azərbaycanda bu #sənət növünün #tarixindən, yaradıcılıq fəaliyyətində istifadə olunmasından söz açılıb. "Eko Etno Kurak" festival çərçivəsində Afaq Bayramova tərəfindən ustad dərsləri keçirilib, İssık-Kul mövzusunda yaratdığı #qurama işi təşkilatçılara hədiyyə edilib. Festival iştirakçıları ilə birlikdə qurama ərsəyə gətirilib.