Tarixi yaşadanlar fədakar şəxslərdir. Bu fədakarlıqları ilə onlar özləri də #tarix 'in bir parçası olurlar, unudulmur, daima xatırlanırlar. Tariximizi, kimliyimizi, dini-mənəvi ənənələrimizi yaşadanlar, onu qoruyanlar sayəsində bu günümüzü araşdırıb, keçmişimizi dərk edir, onu inkişaf etdiririk. Tarixi əşyalar, qədim eksponatlar, yüzilliklərlə yaşı ölçülən kitablar o zaman maraqlıdır ki, insanlar ondan bəhrələnsinlər. Muzeylərimizi, tariximizi bəzəyən də tarixi eksponatlar, qədim kitablar, əşyalardır, o cümlədən İslam dininin təməl dayağı olan qədim #QuraniKərim 'dir.
Bu günlərdə müqəddəs kitabımızın qədim nəşri “İçərişəhər” DTMQ İdarəsinə təqdim edilib. Yaşının əsrlərdən çox olduğu deyilən kitabın dəqiq çap tarixinin müəyyənləşdirilməsi hazırda araşdırma mərhələsindədir. #Müqəddəskitab “İçərişəhər” DTMQ İdarəsinin strukturunda olan "İçərişəhər" Muzey Mərkəzinə İçərişəhərin ahıl sakini, 1949-cu il təvəllüdlü Məmmədova Həqiqət Rəhman qızı tərəfindən bağışlanıb. Həqiqət xanım bu kitabın ona çatınca nəsildən-nəslə keçdiyini deyir. Qiymətli kitab “İçərişəhər” Muzey Mərkəzinin nəzdində fəaliyyət göstərən Bəylər məscidində sərgilənəcək və digər qiymətli əşyalar kimi daima qorunub saxlanacaq.
“İçərişəhər” DTMQ İdarəsi Həqiqət Məmmədovaya dərin təşəkkürlərini bildirir.