#Qazaxıstan'ın Türküstan şəhərində “Abidələri qoruyan insanlar: müqəddəs irs, ziyarət və davamlı turizm” adlı Beynəlxalq Konfrans keçirilir. 26 - 28 oktyabr 2022-ci il tarixlərində UNESCO-nun Dini Maraqların İrsi üzrə Təşəbbüsü çərçivəsində keçirilən Konfransda #mədəniyyət üzrə 20 ölkədən 60 ekspert, Xoca Əhməd Yasəvinin mədəni-mənəvi irsinin tədqiqatçıları, Ümumdünya İrs Abidələrinin #konservasiya'sı sahəsi üzrə mütəxəssislər iştirak edir. Konfransda ölkəmizi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Elsevər Məmmədov təmsil edir.

Konfransın ilk günü Elsevər Məmmədov məruzəçi qismində çıxış edib, “İçərişəhərin Dünya İrsi kimi konservasiyası və davamlı inkişaf gündəliyi” adlı təqdimatda iştirakçılar İdarənin tarixi-mədəni abidələrin qorunması istiqamətində həyata keçirilən layihələr, əldə olunan nailiyyətlər və fəaliyyətlər istiqamətləri barədə məlumatlandırılıblar.

Xəbərlər Qalereyası

Xəbərlər