28 oktyabr 2022-ci il tarixində “#İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən “İçərişəhər” Muzey Mərkəzinin direktor müavini, tarix üzrə fəlsəfə doktoru Məlahət Fərəcova “Mədəni İrsin Qorunmasının Aktual Problemləri” adlı beynəlxalq elmi-praktik konfransda iştirak edib.
#Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkil etdiyi konfransda M. Fərəcova “Kəlbəcər #Qayaüstü İncəsənəti irsinin identifikasiyası və rəqəmsallaşdırılması istiqamətində inkişaf strategiyası” adlı məruzə ilə çıxış edib.

Məruzədə #Qobustan və #Qala qoruqlarında abidələrin bərpası və qorunması ilə bağlı yaradılmış rəqəmsal elektron bazanın, abidələri detallıqla tədqiq edən 3D modelləşdirmə üsulunun #Qarabağ'ın bərpası planında tətbiq edilməsi təklif olunub.
Azərbaycanın digər qayaüstü #incəsənət abidələrinin təcrübəsinə əsaslanan məruzə iştirakçılar arasında böyük marağa səbəb olmuşdur.

Xəbərlər Qalereyası

Xəbərlər