Yeni dərs ilinin başlanması münasibəti ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məktəbli dostları üçün tətbiq etdiyi intellektual müsabiqəsinin qalibləri müəyyənləşib.

Bütün iştirakçılara Bakı Kitab Mərkəzindən və Antaris QSC-dən həvəsləndirici hədiyyələr, qaliblərə isə hədiyyə və diplomlar təqdim olunub.

Xatırladaq ki, layihənin əsas məqsədi məktəbliləri yeni tədris ilinə, təhsilə həvəsləndirmək, onlarda muzeylərə, tarixi məkanlara maraq yaratmaq idi. Layihə 10-17 sentyabr tarixlərində İçərişəhər ərazisində yerləşən Şirvanşahlar Sarayı Kompleksində və Qala Qoruğu ərazisində təşkil olunmuşdur. İntellektual müsabiqədə iştirak edən 3 yaş qrupunda (7-9, 10-12, 13-15) olan məktəblilər Şirvanşahlar Sarayı Kompleksini və Qala Qoruğunu ziyarət etdikdən, muzeylərlə yaxından tanış olduqdan sonra biliklərini yoxlayıblar.

Xəbərlər Qalereyası

Xəbərlər