22-24 avqust 2022-ci il tarixlərində Çex Respublikasının paytaxtı Praqa şəhərində Beynəlxalq Muzeylər Şurasının (ICOM) 26-cı konfransı keçirilir.
Konfransda “İçərişəhər” Dövlət Tarix –Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən Muzey Mərkəzinin direktoru Əminə Məlikova və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun şöbə müdiri Turan Həsənova iştirak edir.
Hər 3 ildən bir dünyanın müxtəlif şəhərlərində təşkil olunan bu ilki konfrans “Muzeylərin Gücü” başlığı altında həyata keçirilir.
Konfransın ilk günündə “Geyimin ritual gücü” adlı sessiyada Əminə Məlikova məruzə ilə çıxış edib. Böyük marağa səbəb olan “Qurama-Azərbaycan Xalq Tətbiqi Sənəti” adlı məruzədə qurama sənətindən, 2020-ci ildə “Qala” Dövlət Tarix Etnoqrafiya Qoruğunda yaradılan Qurama Mərkəzindən və bu il respublikamızda ilk dəfə keçirilən Milli Qurama Festivalından bəhs edilib.

Xəbərlər Qalereyası

Xəbərlər