19 avqust 2022-ci il tarixində Azərbaycanımızın qədim #sənətkarlıq şəhərlərindən biri olan Şamaxıda Rayon İcra Hakimiyyətinin və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan #Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Eyubova #qədim #sənət növü olan #Qurama’nın yaşadılmasında və gələcək nəsillərə ötürülməsində bu kimi tədbirlərin əhəmiyyətini vurğulayıb.
Tədbirdə çıxış edən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədrinin müşaviri Səbuhi Qurbanov Qurama sənətinin #tarixi, onun #milli adət-ənənələrimizdəki rolundan və #festival çərçivəsində görülən işlərdən danışıb.
Sonra iştirakçılar Qurama sənətinə həsr olunmuş #sərgi ilə tanış olmuş, təşkil olunan #ustad dərslərində iştirak etmişlər.
Xatırladaq ki, #MilliQuramaFestivalı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Bakı Şəhəri İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.