Milli Qurama Festivalı çərçivəsində «
“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda "Qurama adət-ənənədə", “Qurama mətbəxdə” adlı xüsusi guşələr təşkil olunub, quramaçı sənətkarların əl işlərinin nümayişi və satış yarmarkası təşkil olunub, iştirakçılara qurama şəklində bəzədilmiş şirniyyat növləri təqdim edilmişdir.

Festivala dəvət olunan “Ümid yeri” xeyriyyə cəmiyyətinin azyaşlı uşaqları arasında “Öz quramanı yarat” ustad dərsləri və kvest oyunu, Xəzər rayon gənclər evinin gənc rəssamları tərəfindən hazırlanmış Qurama eskizlərinin təqdimatı, “Qurama məişətdə” etnoqrafik guşənin nümayişi, “Qurama inanclarda” adət və ənənənin nümayişi, @gurama.az brendinin əl işlərinin sərgisi kimi yaddaqalan tədbirlər təşkil olunub.

Məlumat üçün bildiririk ki, Milli Qurama Festivalı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Bakı Şəhəri İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Xəbərlər Qalereyası