İyunun 4-də İçərişəhərdə “Krakov Xəzinələri” adlı fotosərginin açılış mərasimi olub.
Qız Qalası yaxınlığında açıq səma altında təşkil olunacaq sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, Krakov Beynəlxalq Mədəniyyət Mərkəzi və Polşa Respublikasının Azərbaycandakı Səfirliyi tərəfindən təşkil olunub.

Sərgidə Krakovla bağlı şəhərin minillik tarixini cəlbedici formada təqdim edən Azərbaycan və ingilis dillərində 20 lövhədən ibarət mühüm abidələri və sənət əsərlərini əks etdirən fotolar yer alır.

Sərgi 3 iyul 2022-ci il tarixlərinə qədər davam edəcək.

Xəbərlər Qalereyası

Xəbərlər