31 may 2022-ci il tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə Içərişəhər sakinləri üçün qəbul günü keçirib.
Görüşdə sakinlərin müraciətləri dinlənilib, onların sualları cavablandırılıb, maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.
Vətəndaşların təklif və problemlərinin həlli, eləcə də araşdırılması məqsədi ilə İdarənin müvafiq struktur və qurumlarına aidiyyəti üzrə tapşırıqlar verilib.
Xatırladırıq ki, İçərişəhər və Qala qoruqlarının sakinləri üçün mütəmadi qaydada görüşlər keçirilir.