“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

“İçərişəhər” DTMQ İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə İçərişəhər ərazisində və Qala qoruğunda avtomobillərin giriş-çıxışının və parklanmasının daha effektiv təşkili məqsədilə aparılan təhlilləri müzakirə edib.

Müzakirə zamanı piyadaların qoruqların ərazisində rahat hərəkət etməsi, avtomobillərin giriş-çıxış və parklanması üçün lazımi şəraitin yaradılmasının zəruriliynə də toxunulub.

Xəbərlər Qalereyası

Xəbərlər