Ölkəmizdə rəsmi səfərdə olan Litva Respublikasının Prezidenti Gitanas Nauseda və xanımı Diana Nausediene İçərişəhərlə tanış olublar.

Qonaqları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə qarşılayıb. Qonaqlar Qız qalası abidəsi, Sıratağlı dini-memarlıq kompleksi, Şirvanşahlar Sarayı Kompleksi ilə tanış olub bu tarixi məkanlar haqqında onlara geniş məlumat verilib.

Xəbərlər Qalereyası

Xəbərlər