“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə Bakı Fotoqrafiya evində Beynəlxalq abidələr və Tarixi yerlər günü münasibəti ilə təşkil olunan fotomarafon başa çatdı.

İçərişəhər ərazisində təşkil olunan fotomarafonda əlliyə yaxın iştirakçı qədim şəhərin şəkillərini çəkmişdirlər.

Münsiflər heyətinə təqdim edilən 500-dən çox fotoşəkil iki kateqoriyaya bölünmüşdür: fotokameraya və mobil telefona çəkilən şəkillər.

Qeyd etmək lazımdır ki, İçərişəhər ərazisində baş tutan fotomarafonda 47 nəfər iştirak etmişdir və 500-dən çox şəkil göndərilmişdir. Yarışmanın münsiflər heyətinə “İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova, Bakı Fotoqrafiya evinin rəhbəri Yusif Abdullayev və Fotoqraflar birliyindən Rüstəm Hüseynov, Vüqar İbadov, Könül Süleymanova daxildir.

Qapalı səsvermənin nəticələrinə əsasən, fotomarafonun qalibləri iki kateqoriya üzrə seçiliblər.

Mobiloqrafiya üzrə qaliblər:
1ci yer – Natali Gabibova (İçərişəhərin flora və faunası)
2ci yer – Leyla Məmmədova (İçərişəhərin həyatı)
3cü yer – Zərifə İbadova (İçərişəhərin muzeyləri)
 
Fotoqrafiya üzrə qaliblər:
1ci yer – Nadejda Cavadova (İçərişəhərin həyatı)
2ci yer – Günay Məmmədova (İçərişəhərin flora və faunası)
3cü yer – Nəriman Kərimov (İçərişəhərin muzeyləri)

Ən yaxşı işlərin müəllifləri Bakı Fotoqrafiya Evində mükafatlandırılıb, onlara sertifikatlar və xatirə hədiyyələri təqdim edilib.

Xəbərlər Qalereyası

Xəbərlər