26 aprel 2022-ci il tarixində Heydər Əliyev fondunun dəstəyi ilə “Qız Qalası” (QGallery) bədii qalereyasında “İçərişəhər” DTMQ İdarəsinin nəzdində fəaliyyət göstərən Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin təsisçisi Anna İbrahimbəyovanın “Sirlərin aynası” adlı fərdi sərgisinin açılış mərasimi keçirildi.

“İçərişəhər” DTMQ İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova və başqaları sərginin açılış mərasimində iştirak etdilər. Qonaqlar təqdim olunan əsərlərə və onlardan yaradılmış bəstələrə heyran olduqlarını bildiriblər.

Anna İbrahimbəyovanın 2020–2022-ci illəri əhatə edən fotoları əvvəllər heç yerdə nümayiş olunmayıb. Sərgi çərçivəsində “Yağış”, “Əksolunma”, “Ağaclar”, “Qum”, “Kölgələr” və s. silsiləsindən 300-ə yaxın foto təqdim olunub.

Sərgi Heydər Əliyev fondunun dəstəyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin, tərəfdaşlığı və “Platforma Art”-ın təşkilatçılığı ilə ərsəyə gəldi.

Sərgi 12 may tarixinə qədər davam edəcək.

Xəbərlər Qalereyası

Xəbərlər