23 aprel 2022-ci il tarixində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibəti ilə “İçərişəhər” DTMQİ-nin nəzdində fəaliyyət göstərən Tahir Salahovun ev-muzeyində İçərişəhər sakinlərinin övladları üçün tədbir keçirilib.
Tədbirdə görkəmli Azərbaycan yazıcısı və dramaturqu Mirzə Fətəli Axundovun Azərbaycan Milli Konservatoriyasının nəzdində olan Respublika İncəsənət Gimnaziyasının tələbələrinin iştirakı ilə dramaturqun əsərlərindən ibarət kiçik həcmli səhnəciklərin nümayişi etdirildi. Bundan başqa yazıçı Hülya Cəfərovanın kitablarının təqdimatı və müxtəlif kitabların üz qabığı və illüstrasiyalarından ibarət uşaqların rəsm əsərlərindən sərgi keçirilmişdir.
Yekunda tədbirdə iştirak edən İçərişəhər sakinlərinin övladlarına kitablar hədiyyə edildi.

Xəbərlər Qalereyası

Xəbərlər