18 aprel 2022-ci il tarixində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibəti ilə “İçərişəhər” DTMQİ abidələr üzrə press-tur təşkil olunmuşdur. Abidə və muzeylərdə “İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova və Elm və mədəni irsin təşvigi sektorunun müdiri, tarix elimləri doktoru Vəfa Quliyevanın iştiraki ilə İçərişəhərdə abidələr üzrə gəzinti təşkil olunub. Onlar tarixi məkanların uzaq keçmişindən, onun mədəni həyatımızdakı əhəmiyyəti haqqında məlumat veriblər. Turunun təşkilində əsas məqsəd fəaliyyət göstərməyən, ziyarətçilərin diqqətindən kənar qalan abidələrlə ziyarətçiləri tanış etmək və bu tarixi məkanlara yeni nəfəs verməkdən ibarətdir.
Ziyarətçilərə Molla Əhməd məscidi, Məhəmməd məscidi, Qasım bəy hamamı və Cümə məscidi daxildən ziyarət edildi, haqqında maraqlı məlumatlatlar səslındirildi. Bundan başqa İçərişəhər ərazisində son illər ərzində aparılan bərpa və konservasiya işləri haqqında ətraflı məlumat verilmişdir.

Xəbərlər Qalereyası

Xəbərlər