Hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu  gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd cəmiyyət arasında mədəni irsin insan həyatındakı rolunu təbliğ etmək və milli-mənəvi dəyərləri qoruyub saxlamaqdır.

İçərişəhər və Qala Qoruqlarını Azərbaycanın tarixi-mədəni irsinin mərkəzi kimi qorunub saxlanması “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əsas məqsədidir. Azərbaycanda üç dünya irsi məkanından biri olan İçərişəhər 2000-ci ildə Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə UNESCO Dünya İrs siyahısına daxil edilmişdir.

Xəbərlər Qalereyası

Xəbərlər