“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə 31 mart 2022-ci il tarixində İçərişəhər sakinləri üçün qəbul günü keçirib.
Görüşdə vətəndaşların təklif və müraciətləri dinlənilib, bir sıra məsələlər yerindəcə həllini tapıb və müraciətlərlə bağlı İdarənin müvafiq struktur və qurumlarına tapşırıqlar verilib.