21 Mart 2022-ci il tarixində xalqımızın qədim milli adət-ənənələrini özündə birləşdirən Novruz bayramı münasibətilə Qala Qoruğunda etno-tur təşkil olunmuşdur. Tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Idarə heyətinin sədri Şahin Seyidzadə, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət vəkilləri Rauf Əliyev, Soltan Məmmədov, şəhid ailələri, qazilər, rayon ağsaqqaları iştirak etmişdirlər.

Qonaqlar açıq səma altında yerləşən Arxeoloji-Etnoqrafik Muzey Kompleksində
dulusçuluq, xalçaçılıq, daşoyma kimi qədim sənət nümunələri ilə tanış olmuş, həmçinin qədim tacir evində qonaqlara kirkirə çəkmə və lavaş yayma ənənələri nümayiş edilmişdir. Milli idman növü olan zorxana oyunları qonaqların marağına səbəb olmuşdur.
Tədbirdə iştirak edənlər Novruz bayramını düşməndən azad edilmiş torpaqlarda qeyd edə bildiyimizə görə möhtərəm Ali Baş Komandana təşəkkürlərini bildirmişdirlər.

Novruz bayramınız mübarək!

Xəbərlər Qalereyası

Xəbərlər