"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə Novruz bayramı ərəfəsində Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə qovuşmuş İçərişəhər sakini Fərid Əliyevin ailəsini ziyarət edib. Ailə üzvləri ilə görüş zamanı onların şəhidlə bağlı xatirələrini dinləyib, qayğıları, ehtiyacları ilə yaxından maraqlanıb.

İdarə rəhbərliyi şəhid ailələri və qazilərimizin  daim diqqət mərkəzində saxlanıldığını, onların sosial təminatı və yaşayış imkanlarının artırılması istiqamətində bundan sonra da yüksək diqqət və qayğı göstəriləcəyini bildirib.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

Xəbərlər Qalereyası

Xəbərlər