8 fevral 2022-ci il tarixində Bakı Kitab Mərkəzində SSRİ-nin və Azərbaycanın xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Tahir Salahovun həyat və yaradıcılığından bəhs edən “Dialoq” kitabının təqdimatı keçirilib.
Kitab Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın ideya müəllifliyi ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən hazırlanmışdır.
Tədbirdə Tahir Salahovun Ev muzeyinin direktoru Səadət Mirzəyeva, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev, kitabın müəllifi Raya Abbasova, rəssamın ailə üzvləri, və vaxtilə onunla çiyin-çiyinə çalışmış həmkarları iştirak edərək sənətkarın ömür yolundan, yaratdığı dəyərli sənət incilərindən söz açıblar.

Xəbərlər Qalereyası

Xəbərlər