03 fevral 2022-ci il  tarixində "İçərişəhər" DTMQİ nəzdində Elmi-Mədəni Mərkəzin Turizm şöbəsinin müdiri Gülarə Abdullayeva və Dünya İrs Şəhərləri Təşkilatına (OWHC) üzv olan ölkələrin nümayəndələrinin iştirakı ilə “Dayanıqlı turizm məkanının yaradılması” mövzusunda növbəti onlayn görüş keçirilmişdir.  İclasda dayanıqlı turizm məkanının qurulmasının əsas məqamları və təşkilata (OWHC) daxil olan şəhərlərinin sertifikatlaşdırılması məsələsi müzakirə edilmişdir. Görüşün təşəbbüskarı və moderatoru Gülarə Abdullayeva sözgedən mövzuda təqdimatla çıxış etmişdir.

Xəbərlər Qalereyası

Xəbərlər