Qanlı Yanvar hadisələrindən 32 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın müasir tarixində ən faciəli günlərdən biri kimi həkk olunmuş, eyni zamanda, xalqımızın azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilmişdir.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elmi-Mədəni Mərkəzin təşkilatçılığı ilə 19 yanvar 2022-ci il tarixdə 20 yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş “Qan yaddaşımızda faciə və qəhrəmanlıq səhifəsi” adlı onlayn elmi-praktik konfrans təşkil edilmişdir. Konfransda idarənin işçiləri və bir sıra Azərbaycan universitetlərinin elmi nümayəndələri iştirak etmişdilər. Həmçinin, Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının şagirdlərinin hazırladığı 20 yanvar faciəsinə həsr edilmiş video-kompozisiya təqdim olunmuşdur.

Elmi-praktiki konfransda “20 yanvar qan yaddaşımızdır”, “Bakıda 1990-cı ilin “Qanlı Yanvar” hadisəsi bu günün müstəvisində”, “20 yanvar faciəsi qeyri-leqal mətbuatda” və s. kimi mövzular müzakirə olunmuşdur.
Allah şəhidlərimizə rəhmət eləsin!

Xəbərlər Qalereyası

Xəbərlər